Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Şamaxıda regional təlim keçirilmişdir

Şamaxıda regional təlim

2009-cu il 18 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələri üçün təlimlər keçirilmişdir. Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1790 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Dövlət Qulluğu Sistemində İslahatların aparılması vasitəsilə Yaxşı İdarəçiliyin Təşkili: MİM 9-un (YADİDP-nin ilkin variantı 2006-2015) icrasına dair Layihə Sənədi”nə müvafiq olaraq təşkil edilmişdir. Şamaxıda keçirilən regional təlimdə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarının yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan 44 rəhbər vəzifəli şəxs cəlb edilmişdir.

Keçirilmiş təlimlərdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Müsahibənin keçirilmə qaydaları”, “Dövlət qulluqçularının vəzifə təlimatları”, “Kadrların idarə edilməsinə müasir yanaşma” mövzularında çıxış etmiş və dövlət qulluğu və kadr siyasəti sahəsində bir sıra digər mövzular ətrafında təlim iştirakçıları ilə fikir mübadiləsi aparmışlar. Qeyd edək ki, bu təlim əvvəllər Gəncə, Tovuz, Şəki və Yevlax şəhərlərində keçirilmiş silsilə təlimlərin davamıdır və gələcəkdə bu növ təlimlərin digər regionlarda da keçirilməsi planlaşdırılır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag