Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları mövzusunda təlimlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada dövlət qulluğuna qəbulla bağlı keçirilməsi nəzərdə tutulan müsahibələrdə müsahibə qrupunun üzvü kimi iştirak edəcək dövlət orqanlarının struktur bölmə rəhbərləri üçün “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təlimlər keçirilir. Təlimlərdə Komissiyanın əməkdaşları namizədlərin potensialının müvafiq vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsində müsahibə qrupu üzvlərini istifadə etməli olduqları müsahibə texnologiyaları barədə məlumatlandırmışlar. Təlimlər davam edir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag