Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində təlim keçirilmişdir

21 noyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdir müavini - Normativ hüquqi aktların layihələrinin hazırlanması və qanunvericiliyin tətbiqinə nəzarət sektorunun müdiri Elvin Əliyev tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlimdə 280 nəfər iştirak etmişdir. Təlimdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Aparatında və inzibati ərazi dairələrində qulluq keçən dövlət qulluqçuları, o cümlədən hüquq mühafizə orqanlarının əməkdaşları iştirak etmişdir. Təlimin mövzusu dövlət qulluqçularının vicdanlı davranışı, ictimai etimad, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət, mədəni davranış, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqların toqquşmasının qarşısının alınması, əmlakdan istifadə, məlumatlardan istifadə və s. kimi etik davranış qaydaları və prinsiplərini əhatə etmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag