Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Şəxsiyyət vəsiqəsinə dair tələblərə riayət edilməlidir!

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə şəxsiyyət vəsiqəsini dəyişdirməlidirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən bildirilir ki, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı elan edilmiş müsabiqə və müsahibədə iştirak etmək üçün müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqələrini qanunvericiliyin tələblərinə uyğun olaraq Komissiyaya təqdim etməlidirlər. Əks təqdirdə vətəndaşlardan sənədlər qəbul edilməyəcəkdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag