Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Test imtahanından uğur qazanmış namizədlərin müsahibədə iştirak etməkləri üçün tələb olunan sənədlər


Test imtahanından uğur qazanmış namizədlər müsahibədə iştirak etmək üçün test imtahanı nəticələrinin Komissiyanın internet saytında yerləşdirildiyi gündən sonrakı 10 iş günü ərzində aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidirlər:

  1.           ərizə
  2.           şəxsiyyəti təsdiq edən sənədin surəti
  3.           kadrlar uçotunun şəxsi vərəqəsi
  4.           ali təhsil haqqında sənədin surəti
  5.           əmək kitabçasının surəti
  6.           ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə)
  7.           sağlamlıq haqqında arayış
  8.           rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

Qeydlər:

  1.           Şəxsiyyəti təsdiq edən sənədin surəti notarial qaydada, ali təhsil haqqında sənədin surəti notarial qaydada, əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
  2.           “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Dövlət qulluqçuları barələrində intizam tənbeh tədbirinin tətbiq edilməməsi ilə bağlı qulluq keçdikləri dövlət orqanının kadr qurumunun arayışını təqdim etməlidirlər.
  3.           1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  4.           Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
  5.           Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və hazırkı dövrü əks etdirməlidir.
  6.           Fotoşəkillərin hamısı eyni olmalı və hazırkı dövrü əks etdirməlidir.
  7.           Namizədlər sənədlərini nəzərdə tutulmuş müddət daxilində poçt vasitəsi ilə də göndərə bilərlər.
  8.           Namizədlər sənədlərini şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) kağız daşıyıcılarla təqdim edə bilərlər.

Müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında yerləşdiriləcəkdir. Namizədlər bu məlumatları Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) saytından əldə etməlidirlər.
Əlaqə telefonları: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi, (012) 465 87 93/94/97 (daxili: 138, 127, 128)

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag