Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 57-IVQD / 01.02.2011 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008-ci il, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009-cu il, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010-cu il, № 4, maddə 276) aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 
1. 28.2-ci maddənin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: 
“Müvafiq dövlət orqanı vakant olan vəzifələr barədə mütəmadi olaraq (ən azı ayda bir dəfə) müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.”. 
2. 28.3-cü maddə aşağıdakı redaksiyada verilsin: 
“28.3. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər.”. 
3. 28.4-cü maddənin birinci cümləsində “sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir və” sözləri çıxarılsın. 
4. 28.5-ci maddə aşağıdakı redaksiyada verilsin: 
“28.5. Test imtahanından müvəffəqiyyətlə çıxanlar sənədlərini 10 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edir və müsahibəyə buraxılırlar. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.”. 
5. 28.6-cı maddədə “vakant vəzifəyə təyin edilmək üçün” sözlərindən sonra “5 iş günü müddətində” sözləri əlavə edilsin. 
6. Aşağıdakı məzmunda 28.6-1-ci maddə əlavə edilsin: 
“28.6-1. Bu Qanunun 28.6-cı maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslərə də şamil edilir.”. 
7. 29.2-ci maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Dövlət orqanının rəhbəri inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq icra hakimiyyəti orqanı və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər.”. 
8. 29.3-cü maddə üzrə: 
8.1. ikinci hissənin birinci cümləsində “dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə” sözlərindən sonra “(daxili müsahibə)” sözləri əlavə edilsin; 
8.2. üçüncü hissədə “digər şəxslərin iştirakını nəzərdə tutan müsahibə” sözlərindən sonra “(ümumi müsahibə)” sözləri əlavə edilsin; 
8.3. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin: 
“Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata keçirildikdə qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələbləri gözlənilməlidir.”. 
9. 29.4-cü maddənin birinci hissəsində “inzibati vəzifənin aid olduğu dövlət orqanı və ya həmin” sözləri “müvafiq” sözü ilə əvəz edilsin.


İlham ƏLIYEV, 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2011-ci il 
№ 57-IVQD

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag