Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 885-IIIQD / 30.09.2009 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008-ci il, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 10, maddə 881; 2009-cu il, № 2, maddə 54; № 5, maddə 311; Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli, 820-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 8-ci maddə üzrə:
1.1. 8.1.1-ci maddədə «Məhkəmə-Hüquq Şurasının Aparatı» sözlərindən əvvəl «Naxçıvan Muxtar Respublikasının Ali Məclisi,» sözləri əlavə edilsin;
1.2. 8.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
«8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanları — müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (2-ci kateqoriya dövlət orqanları);»;
1.3. 8.1.3-cü maddədən «müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi» sözləri çıxarılsın;
1.4. 8.1.4-cü maddədən «Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı» sözləri çıxarılsın.
2. 17.3-cü maddə üzrə:
2.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
«İnzibati vəzifələrin birinci təsnifatı istisna olmaqla, ikinci-üçüncü təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.»;
2.2. beşinci hissədə «birinci və ikinci hissələrində» sözləri «ikinci hissəsində» sözləri ilə əvəz edilsin.
3. 28-ci maddə üzrə:
3.1. 28.4-cü maddədən «vahid» sözü çıxarılsın;
3.2. 28.5-ci maddənin ikinci cümləsi çıxarılsın;
3.3. 28.6-cı maddə üzrə:
3.3.1. birinci cümlədə «namizədlər» sözündən sonra «vakant vəzifəyə təyin edilmək üçün» sözləri əlavə edilsin;
3.3.2. ikinci cümlədə «qəbul edir və vakant vəzifəyə təyin edir» sözləri «qəbul etməli və vakant vəzifəyə təyin etməlidir» sözləri ilə əvəz edilsin;
3.3.3. üçüncü-səkkizinci cümlələr müvafiq olaraq dördüncü-doqquzuncu cümlələr hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
«Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.».

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2009-cu il
№ 885-IIIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (4 noyabr 2009-cu il, № 246. «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2009-cu il, № 10 (148), maddə 771).

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag