Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 755-IIIQD /30.12.2008 «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 
I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008-ci il, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 10, maddə 881) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 8.1.1-ci maddədə «və ya» sözləri «və yuxarı dövlət orqanı və ya» sözləri ilə əvəz edilsin, «Məhkəmə-Hüquq Şurasının Aparatı» sözlərindən əvvəl «müvafiq icra hakimiyyəti orqanı,» sözləri əlavə edilsin. 
2. 8.1.2-ci maddədən «yuxarı dövlət orqanı və» və «müvafiq icra hakimiyyəti orqanı və» sözləri çıxarılsın. 
3. 8.1.7-ci, 11.1.7-ci, 11.1.8-ci və 11.1.9-cu maddələrdə «ikili tabelikdə olan» və «regional» sözləri çıxarılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2008-ci il 
№ 755-IIIQD 
«Azərbaycan» qəzetində dərc edilmişdir (15 fevral 2009-cu il, № 36). «Respublika» qəzetində dərc edilmişdir (15 fevral 2009-cu il, № 36).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2009-cu il, № 2 (140), maddə 54).

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag