Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 649-IIIQD / 13.06.2008 Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU


 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddələr 70, 72; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2004-cü il, № 7, maddə 505; 2005-ci il, № 3, maddə 152, № 10, maddə 874; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. 3, 5, 6 və 12-ci maddələrdə ismin müvafiq hallarında «Ali Soveti» sözləri ismin müvafiq hallarında «Milli Məclisi» sözləri ilə əvəz edilsin.
2. 5-ci maddənin birinci hissəsində «Nazirlər Kabineti» sözlərindən əvvəl «Hesablama Palatası,» sözləri əlavə edilsin.
3. 6-cı maddənin birinci hissəsinin 1-ci bəndində «Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına» sözlərindən sonra «Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına» sözləri və «Milli Məclisi,» sözlərindən sonra «Hesablama Palatası» sözləri əlavə edilsin.
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (I kitab), maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, (I kitab), maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, (I kitab), maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440; № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940; № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091; № 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 578-IIIQD nömrəli, 16 may tarixli, 607-IIIQD nömrəli və 13 iyun tarixli, 647-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 53-5-ci və 326-3-cü maddələr əlavə edilsin:

1. «Maddə 53-5. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə

Mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqlarından tutulmuş üzvlük haqlarının həmin idarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməməsinə görə —

  • vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər.».

2. «Maddə 326-3. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməsi

Azərbaycan Respublikası Hesablama Palatası sədrinin qərarı ilə dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə —

  • vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər.».

III. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434, № 7, maddə 711, № 10, maddə 934; № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008-ci il, № 3, maddə 153; Azərbaycan Respublikasının 2008-ci il 12 fevral tarixli 546-IIIQD nömrəli, 1 aprel tarixli 579-IIIQD nömrəli və 13 iyun tarixli 638-IIIQD nömrəli qanunları) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. 8.1.1-ci maddədə «Azərbaycan Respublikasının Milli Məclisi,» sözlərindən sonra «Azərbaycan Respublikasının Hesablama Palatası,» sözləri əlavə edilsin.
2. 8.1.4-cü maddədən «Azərbaycan Respublikası Hesablama Palatasının Aparatı,» sözləri çıxarılsın.
IV. Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli, 269-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi»ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 117; 2006-cı il, № 2, maddə 67; 2007-ci il, № 11, maddə 1081) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.4-cü, 8.2-ci, 15.2-ci maddələrdə «Hesablama Palatasının iclaslarında» sözləri «Hesablama Palatasının Kollegiyasının iclaslarında» sözləri ilə, 4.1.1-ci və 10.2.2-ci maddələrdə «Hesablama Palatası iclaslarının» sözləri «Hesablama Palatası Kollegiyasının iclaslarının» sözləri ilə, 4.3-cü maddədə, 21.5-ci maddənin birinci cümləsində «Hesablama Palatasının iclasının» sözləri «Hesablama Palatasının Kollegiyasının iclasının» sözləri ilə, 5.2.1-ci maddədə «Hesablama Palatasının iclaslarını» sözləri «Hesablama Palatasının Kollegiyasının iclaslarını» sözləri ilə, 7.3-cü maddənin birinci cümləsində, 25.2.2-ci maddədə «Hesablama Palatasının iclası» sözləri «Hesablama Palatasının Kollegiyasının iclası» sözləri ilə, 8-ci maddənin adında «Hesablama Palatasının iclasları» sözləri «Hesablama Palatasının Kollegiyasının iclasları» sözləri ilə, 8.3-cü maddənin birinci cümləsində və 10.2.2-ci maddədə «Hesablama Palatasının iclaslarının» sözləri «Hesablama Palatasının Kollegiyasının iclaslarının» sözləri ilə, 8.4-cü və 8.5-ci maddələrdə «Hesablama Palatasının iclaslarında» sözləri «Hesablama Palatasının Kollegiyasının iclaslarında» sözləri ilə, 16.2-ci, 19.3-cü maddələrdə, 19.6-cı maddənin ikinci cümləsində, 21.2-ci maddənin ikinci cümləsində, 23.6-cı və 24.2-ci maddələrdə, 24.4-cü maddədə (birinci halda), 24.5-ci, 24.6-cı, 24.7-ci maddələrdə «Hesablama Palatasının iclasında» sözləri «Hesablama Palatasının Kollegiyasının iclasında» sözləri ilə, 19.6-cı maddənin üçüncü cümləsində «Hesablama Palatasının müvafiq iclasına» sözləri «Hesablama Palatasının Kollegiyasının iclasına» sözləri ilə, 21.6.7-ci, 24.1-ci maddələrdə, 24.4-cü maddədə (ikinci halda) «Hesablama Palatasının iclasına» sözləri «Hesablama Palatasının Kollegiyasının iclasına» sözləri ilə əvəz edilsin.
2. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
«8.1. Hesablama Palatasının Kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Hesablama Palatasının qərarları Kollegiya iclasında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Hesablama Palatası sədrinin səsi həlledici qüvvəyə malikdir.».
3. 8.3-cü maddədə «İclaslarda» sözü «Kollegiyanın iclaslarında» sözləri ilə, 18.2-ci maddədə «iclasında» sözü «Kollegiyasının iclasında» sözləri ilə əvəz edilsin.
4. 8.4-cü maddədə «Hesablama Palatasının üzvlərindən» sözləri «Hesablama Palatasının Kollegiyasının üzvlərindən» sözləri ilə, 8.5-ci maddədə «Hesablama Palatasının üzvləri» sözləri «Hesablama Palatasının Kollegiyasının üzvləri» sözləri ilə əvəz edilsin.
V. «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 882; 2006-cı il, № 2, maddə 65, № 11, maddə 925) 22.1-ci maddəsində «Azərbaycan Respublikası Milli Məclisinin deputatları,» sözlərindən sonra «Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri,» sözləri əlavə edilsin.
VI. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli, 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 690; 2006-cı il, № 4, maddə 316; 2007-ci il, № 10, maddə 934) 3.2-ci maddəsində «Azərbaycan Respublikası Milli Məclisinin deputatları» sözlərindən sonra «, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri» sözləri əlavə edilsin.
VII. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 208, № 12, maddə 1019; 2007-ci il, № 12, maddə 1194; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli, 582-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 20.1.16, 20.1.17, 20.21 — 20.25-ci maddələr əlavə edilsin:
«20.1.16. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş Hesablama Palatasının sabiq üzvləri;
20.1.17. Azərbaycan Respublikası Hesablama Palatasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri.
20.21. Bu qanunun 20.1.16-cı maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətdə olan üzvünün əməkhaqqının, əməkhaqqıdakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
20.22. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş Azərbaycan Respublikası Hesablama Palatasının sabiq üzvü səlahiyyət müddəti ərzində Hesablama Palatasının sədri, sədr müavini və ya auditoru vəzifəsində işləmişsə, onun əmək pensiyasına müvafiq olaraq Hesablama Palatasının sədrinin, sədrin müavininin və ya auditorunun əməkhaqqının əməkhaqqıdakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
20.23. Azərbaycan Respublikası Hesablama Palatasının üzvü və sabiq üzvü vəfat etdikdə, onların hər bir ailə üzvü üçün Hesablama Palatasının fəaliyyətdə olan üzvünün əməkhaqqının 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləği bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.
20.24. Əmək pensiyasına çıxmış, vəfat etmiş Azərbaycan Respublikası Hesablama Palatasının sabiq üzvünün ailə üzvləri üçün onun əmək pensiyasının (qulluq stajına görə əlavələrlə birlikdə) tam məbləğinin ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.
20.25. Bu qanunun 20.1.16 və 20.1.17-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Hesablama Palatasının üzvünün orta aylıq əməkhaqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikasının Hesablama Palatasından aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir.».
2. 26.4-cü, 26.5-ci, 29.3-cü və 37.3.4-cü maddələrdə «20.1.15» rəqəmi «20.1.17» rəqəmi ilə əvəz edilsin.
3. 37.3.4-cü maddədə «20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə» sözlərindən sonra «, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə» sözləri əlavə edilsin.
VIII. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 9; 2005-ci il, № 4, maddə 292, № 10, maddə 874; 2006-cı il, № 11, maddə 928, № 12, maddə 1005; 2007-ci il, № 12, maddə 1214) 12-ci maddəsində «Azərbaycan Respublikası Milli Məclisi deputatlarının» sözlərindən sonra «Azərbaycan Respublikası Hesablama Palatasının üzvlərinin» sözləri əlavə edilsin.
IX. «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 710; 2001-ci il, № 9, maddə 576, № 11, maddə 675; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, № 4, maddə 278, № 8, maddə 684, № 10, maddə 908; 2007-ci il, № 11, maddələr 1049, 1053) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 2.4-cü maddənin ikinci cümləsində «müşahidə edə» sözlərindən sonra «və exit-poll həyata keçirə» sözləri əlavə edilsin.
2. 2.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin, üçüncü cümlə müvafiq olaraq dördüncü cümlə hesab edilsin:
«Xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı exit-polla əlaqədar tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər».
X. «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 106; 2001-ci il, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 4; 2004-cü il, № 8, maddə 606, № 9, maddə 666; 2007-ci il, № 3, maddə 206, № 6, maddə 560, № 11, maddə 1078) 21-ci maddəsinin beşinci hissəsində «25» rəqəmi «50» rəqəmi ilə əvəz edilsin.
XI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyun 2008-ci il
№ 649-IIIQD
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 avqust 2008-ci il, № 190). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2008-ci il, № 8 (134), maddə 699).

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag