Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 638-IIIQD / 13.06.2008 «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434, № 7, maddə 711; № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008-ci il, № 3, maddə 153; Azərbaycan Respublikasının 2008-ci il 12 fevral tarixli, 546-IIIQD nömrəli, 1 aprel tarixli, 579-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:
1. 8.1.4-cü maddədə «Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi,» sözlərindən sonra «Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə,» sözləri əlavə edilsin;
2. 8.1.7-ci maddədə «hərbi məhkəmələr» sözlərindən sonra «(Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə istisna olmaqla)» sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyun 2008-ci il
№ 638-IIIQD
«Azərbaycan» qəzetində dərc edilmişdir (25 iyun 2008-ci il, № 137). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2008-ci il, № 6 (132), maddə 471).

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag