Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 579-IIIQD / 01.04.2008 Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı «Dövlət qulluğu haqqında» və «Məşğulluq haqqında» Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi barədə

Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı «Dövlət qulluğu haqqında» və «Məşğulluq haqqında»
Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078; Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli, 504-IIIQD və 510-IIIQD nömrəli; 2008-ci il 12 fevral tarixli, 546-IIIQD nömrəli qanunları) 31.7-ci maddəsinin ikinci cümləsində «qadınlar» sözündən sonra «(uşağını təkbaşına böyüdən kişilər)» sözləri əlavə edilsin.
II. «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 522, № 12, maddə 731; 2003-cü il, № 1, maddə 16; 2007-ci il, № 10, maddə 938) 9.1-ci maddəsində «qadınlara» sözü «valideynlərə» sözü ilə əvəz edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 aprel 2008-ci il
№ 579-IIIQD

 

«Xalq» qəzetində dərc edilmişdir (14 may 2008-ci il, № 103). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2008-ci il, № 5 (131), maddə 341).

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag