Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 458- IIIQD / 19.10.2007 (27.11.2007) «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434; Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli, 356-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:
1. 8.1.4-cü maddədə «Katibliyi» sözündən sonra «, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı» sözləri əlavə edilsin.
2. 8.1.5-ci maddədə «müvafiq icra hakimiyyəti orqanı yanında olan müvafiq icra hakimiyyəti orqanları» sözlərindən sonra «, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı» sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 oktyabr 2007-ci il
№ 458-IIIQD
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 noyabr 2007-ci il, № 267). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2007-ci il, № 11 (125), maddə 1074).

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag