Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 356-IIIQD / 31.05.2007 «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, №1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, №8, maddə 597, № 11, maddə 884; 2005-ci il, №6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 12, maddə 1014; 2007-ci il, № 2, maddə 83) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 8.1.1-ci maddədə «ali dövlət hakimiyyəti orqanları» sözlərindən sonra «və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanları» sözləri, «Məhkəmə-Hüquq Şurasının Aparatı» sözlərindən sonra «, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı» sözləri əlavə edilsin.
2. 8.1.3-cü maddədən «və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları» sözləri və «Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanının) Aparatı,» sözləri çıxarılsın.
3. 8.1.6-cı maddədə «dövlət xidmətləri» sözlərindən sonra «, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri» sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2007-ci il
№ 356-IIIQD


«Azərbaycan» qəzetində dərc edilmişdir (5 iyul 2007-ci il, № 145). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2007-ci il, № 7 (121), maddə 711).

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag