Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 246-IIIQD / 16.02.2007 «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657; Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 179-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:
1. 8.1.7-ci maddədə «tabeliyində olan regional orqanları,» sözlərindən sonra «müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanları,» sözləri əlavə edilsin.
2. 11.1.7-ci maddədə «orqanlarının bölmə rəhbərlərinin» sözlərindən sonra «, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların rəhbərlərinin» sözləri əlavə edilsin.
3. 11.1.8-ci maddədə «orqanları bölmə rəhbərləri müavinlərinin» sözlərindən sonra «, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqan rəhbərləri müavinlərinin» sözləri əlavə edilsin.
4. 11.1.9-cu maddədə «orqanları bölmə mütəxəssislərinin» sözlərindən sonra «, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların mütəxəssislərinin» sözləri əlavə edilsin.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 fevral 2007-ci il
№ 246-IIIQD
«Azərbaycan» qəzetində dərc edilmişdir (3 mart 2007-ci il, № 47). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2007-ci il, № 2, maddə 83).

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag