Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 179-IIIQD / 28.11.2006 «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə


AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, №1, maddə 10, № 4, maddə 199, № 5 maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657) aşağıdakı dəyişikliklər edilsin:
1. 8.1.1-ci maddədə «Azərbaycan Respublikasının Prezidenti» sözləri «müvafiq icra hakimiyyəti orqanı» sözləri ilə, «Azərbaycan Respublikası Prezidentinin» sözləri «müvafiq icra hakimiyyəti orqanının» sözləri ilə əvəz edilsin;
2. 8.1.2-ci maddədə «Azərbaycan Respublikasının Nazirlər Kabineti» sözləri «müvafiq icra hakimiyyəti orqanı» sözləri ilə əvəz edilsin;
3. 8.1.3-cü maddədə «Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti» sözləri «müvafiq icra hakimiyyəti orqanı» sözləri ilə əvəz edilsin;
4. 8.1.5-ci maddədə «Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları» sözləri, «müvafiq icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları, o cümlədən müvafiq icra hakimiyyəti orqanı yanında olan müvafiq icra hakimiyyəti orqanları» sözləri ilə əvəz edilsin;
5. 8.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
«Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 120-ci maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları—müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri (6-cı kateqoriya dövlət orqanları).»;
6. 8.1.7-ci maddədə «yerli icra hakimiyyəti orqanları» sözləri «müvafiq icra hakimiyyəti orqanları» sözləri ilə, «mərkəzi icra hakimiyyəti orqanlarının» sözləri «müvafiq icra hakimiyyəti orqanlarının» sözləri ilə əvəz edilsin.
II. Bu qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 noyabr 2006-cı il
№ 179-IIIQD
«Azərbaycan» qəzetində dərc edilmişdir (24 dekabr 2006-cı il, № 289). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2006-cı il, № 12, maddə 1014).

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag