Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 159-IIIQD / 10.10.2006 Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 611; 2001-ci il № 11, maddə 699, № 12, maddə 731; 2002-ci il , № 3, maddə 118, № 6, maddə 328; 2003-cü il, № 1, maddə 22, № 8, maddə 424; 2004-cü il , № 2, maddə 57, № 3, maddə 133; 2006-cı il, № 2, maddələr 74,75) 33-cü maddəsinin I hissəsinə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:
«4) «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda).».
II. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 688; 2000-ci il, № 7, maddə 494; 2002-ci il, № 8, maddə 464; 2004-cü il, № 1, maddə 10, №2, maddə 7, № 3, maddə 133, № 4, maddə 202; 2005-ci il, № 10, maddələr 874, 876, 902) 33-cü maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin, səkkizinci və doqquzuncu hissələr müvafiq olaraq doqquzuncu və onuncu hissələr hesab edilsin:
«Prokurorluq işçisi «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. ».
III. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1; № 3, maddə 131, 2002-ci il, № 12, maddə 693, 2003-cü il, № 1, maddə 16, 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, №11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, №6, maddə 479; Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli, 122—IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 2.3-cü maddədə «həyata keçirilməsinə» sözlərindən sonra «və dövlət qulluğunun digər prinsiplərinə» sözləri əlavə edilsin;
2. aşağıdakı məzmunda 4.1.10-cu maddə əlavə edilsin, 4.1.10-cu və 4.1.11-ci maddələr müvafiq olaraq 4.1.11-ci və 4.1.12-ci maddələr hesab edilsin:
«4.1.10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası;»;
3. aşağıdakı məzmunda 25.7-ci maddə əlavə edilsin:
«25.7. Dövlət qulluqçusu «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.».
IV. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli, 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnaməyə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 443; 2006-cı il, № 6, maddə 486) aşağıdakı məzmunda 46-1-ci maddə əlavə edilsin:
«46-1. Vergi orqanının vəzifəli şəxsi «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. ».
V. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 452 , № 12, maddə 731; 2002-ci il, № 12, maddə 706; 2005-ci il, № 10, maddə 902) aşağıdakı məzmunda 26.5-ci maddə əlavə edilsin:
«26.5. Prokurorluq işçisi «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. ».
VI. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli, 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il , № 7, maddə 453 ; № 12, maddə 731; 2004-cü il, № 10, maddə 760; 2005-ci il, № 4, maddə 280, 2005-ci il, №10, maddələr 871, 872) aşağıdakı məzmunda 114-1-ci maddə əlavə edilsin:
«114-1. Daxili işlər orqanının əməkdaşı «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.».
VII. Azərbaycan Respublikasının 2004-cü il 8 iyul tarixli, 682-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında» Əsasnaməyə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il , № 7, maddə 514 ; 2006-cı il, № 3, maddə 221) aşağıdakı məzmunda 58-1-ci maddə əlavə edilsin:
«58-1. Feldyeger rabitəsi orqanının əməkdaşı «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. ».
VIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2006-cı il
№ 159-IIIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (3 dekabr 2006-cı il, № 271). Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 noyabr 2006-cı il, № 11, maddə 927).

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag