Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 506-IIQD / 04.11.2003 (02.12.2003) «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi baradə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 583; 2001-ci il, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002-ci il, № 5, maddə 249, № 12, maddə 707; Azərbaycan Respublikasının 20 iyun 2003-cü il tarixli, 485-IIQD saylı Qanunu) 102.1.16-cı maddəsi aşağıdakı redaksiyada verilsin:
«102.1.16. Dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq.».
II. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət qulluğunu idarəetmə Şurası haqqında Əsasnamə»yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 217) aşağıdakı məzmunda 2.1.10-cu maddə əlavə edilsin:
«2.1.10. dövlət qulluğunda vəzifə tutma ilə bağlı dövlət orqanının rəhbəri ilə dövlət qulluğunu idarəetmə orqanı arasında yaranmış fikir ayrılığının aradan qaldırılması qaydasının müəyyən edilməsi.».
III. «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 247) aşağıdakı dəyişikliklər edilsin:
1) 4.1-ci maddədə «Vəzifələrin» sözü «İnzibati vəzifələrin» sözləri ilə əvəz edilsin;
2) 4.1.5-ci maddə çıxarılsın.
IV. «Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 386) 2-ci və 3-cü maddələrində «qanunvericilik və müvafiq icra hakimiyyəti orqanı tərəfindən» sözləri «qanunvericiliklə» sözü ilə əvəz edilsin.
V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 4 noyabr 2003-cü il
№ 506-IIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (2 dekabr 2003-cü il, № 276) 
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 671)

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag