Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Kotirovka sorğusunda iştirak etmək dəvət (17.09.2008)

Hörmətli iş adamları!

  1. Təsərrüfat mallarının satın alınması üçün qiymətlərin elan olunmasına dəvət edilirsiniz.
  2. Xahiş edirik ki, kotirovka sənədlərini, o cümlədən kotirovka təklifinin formasını və 6.000,0 (altı min) manat məbləğində qiymət cədvəlini təqdim edin.
  3. Bu dəvətdə verilən hər bir mal üçün yalnız bir qiymət kotirovkası təqdim etməlisiniz. Təkliflər bütün mallar üzrə qiymətləndiriləcəkdir və satınalma haqqında müqavilə təşkilatımızın tələbatını təmin edən ən aşağı qiymət kotirovkası təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.
  4. Kotirovka təklifi tələb olunan formada aşağıdakı ünvana təqdim edilməlidir:          Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-ci məhəllə, AZ1110, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya. Telefonlar: 465-87-93, 465-87-94, daxili 105, 126.
  5. Sizə yuxarıda qeyd olunan malların satın alınması üçün öz kotirovka təkliflərinizi möhürlənmiş, imzalanmış, bağlanmış zərfdə yazılı surətdə təqdim etmək təklif olunur.
  6. Öz kotirovka təklifinizi 03 oktyabr 2008-ci il saat 16.00-a qədər 4-cü punktda göstərilən ünvana göndərməyinizi təklif edirik.
  7. Kotirovka təklifində göstərilən qiymət 6-cı punktda göstərilən tarixdən sonra 90 təqvim günü qüvvədə olmalıdır.
  8. Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edə bilərsiniz.
  9. Bu dəvəti aldığınız və kotirovka təklifini təqdim etmək barədə fikrinizi bildirməyi xahiş edirik.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag