Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Kotirovka sorğusunda iştirak üçün dəvət (19.05.2009)

Hörmətli iş adamları!

  1. Ofis texnikasının və kompüter avadanlığının satınalınması üçün qiymətlərin elan olunmasına dəvət edilirsiniz.
  2. Xahiş edirik ki, kotirovka sənədlərini, o cümlədən kotirovka təklifinin formasını və 5.000,0 (beş min) manat məbləğində qiymət cədvəlini təqdim edin.
  3. Bu dəvətdə verilən hər bir mal üçün yalnız bir qiymət kotirovkası təqdim etməlisiniz. Təkliflər bütün mallar üzrə qiymətləndiriləcəkdir və satınalma haqqında müqavilə təşkilatımızın tələbatını təmin edən ən aşağı qiymət kotirovkası təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.
  4. Kotirovka təklifi tələb olunan formada aşağıdakı ünvana təqdim edilməlidir: Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə, AZ1110, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya. Telefonlar: 465-87-93, 465-87-94, daxili 105, 126.
  5. Qeyd olunan malların satınalınması üçün kotirovka təklifləri möhürlənmiş, imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim edilməlidir.
  6. Öz kotirovka təklifinizi 12 iyun 2009-cu il saat 16.00-a qədər 4-cü bənddə göstərilən ünvana göndərməyinizi təklif edirik.
  7. Kotirovka təklifində göstərilən qiymət 6-cı bənddə göstərilən tarixdən sonra 30 təqvim günü qüvvədə olmalıdır.
  8. Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edə bilərsiniz.
  9. Bu dəvəti aldığınız və kotirovka təklifini təqdim etmək barədə fikrinizi bildirməyi xahiş edirik.
ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag