Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Açıq Tender elanı (27.08.2010)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada dövlət qulluğuna qəbulun müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsi üçün vakant vəzifələr bazasının idarə edilməsi, sənədlərin internet vasitəsilə qəbulu (onlayn sənəd qəbulu), müsahibə qrupu üzvləri və ehtiyat kadrlarla iş, daxili müsahibələr və s. funksiyaları olan “Namizədlər – DQMK” avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması üçün tətbiqi proqram təminatının satınalması üzrə Açıq Tender Elan Edir. 
Tender 1(bir) lot üzrə aparılır. 
Lot-1. Tətbiqi proqram təminatı (İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər). 
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə ünvanından ala bilərlər.
İştirak haqqı:
Lot-1. 500 manat
Təşkilat: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (VÖEN: 1700510621), 1 saylı Xəzinədarlıq İdarəsi.
Hesab: 33205019449328518204 XHK№14283
VÖEN: 1700986181 (1 saylı Xəzinədarlıq İdarəsi)
Bank: Azərbaycan Beynəlxalq Bankı, Mərkəzi filialı
Kodu: 805722
Müxbir hesabı: 0137010002944
S.W.İ.F.T. bik: IBAZAZ2X
VÖEN(bank): 9900001881
İştirak haqqı heç bir halda qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
  • tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqnından arayış;
  • son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  • işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tətib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).< br /> İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) iş qrafiki, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 08 oktyabr 2010 cu il saat 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (ünvan: K. Rəhimov küçəsi, 874-cü məhəllə, indeks AZ1110) təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
Təklif zərfləri 15 oktyabr 2010-cu il saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Əlaqələndirici şəxs: Vüsal Həmidov 
Telefon: 465-87-93 dax.204. E-mail: v.hemidov@csc.gov.az 
Ünvan: Bakı şəhəri, K. Rəhimov küçəsi, 874-cü məhəllə, indeks AZ1110 
Tender Komissiyası.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag