Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Kotirovka sorğusunda iştirak üçün dəvət (11.05.2011)

11.05.11 17:31
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2011-ci ildə xidməti minik avtomobilinin alınması üçün KOTİROVKA SORĞUSU elan edir. 
Hörmətli iş adamları!
  1. Xidməti minik avtomobilinin alınması üçün qiymətlərin elan olunmasına dəvət edilirsiniz.
  2. Xahiş edirik ki, Komissiyanın təlabatına uyğun kotirovka təklifinin formasını və qiymət cədvəlini təqdim edin.
  3. Bu dəvətdə verilən hər bir təklif üçün yalnız bir qiymət kotirovkası təqdim etməlisiniz. Təkliflər bütün parametrlər üzrə qiymətləndiriləcəkdir və satınalma haqqında müqavilə təşkilatımızın tələbatını təmin edən ən aşağı qiymət kotirovkası təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.
  4. Kotirovka təklifi tələb olunan formada aşağıdakı ünvana təqdim edilməlidir: Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə, AZ1110, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya. Telefonlar: 465-87-93, 465-87-94, daxili 105, 107, 126.
  5. Bu satınalınma üçün kotirovka təklifləri möhürlənmiş, imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim edilməlidir.
  6. Öz kotirovka təklifinizi 4 iyun 2011-ci il saat 16.00-a qədər 4-cü bənddə göstərilən ünvana göndərməyinizi təklif edirik.
  7. Kotirovka təklifində göstərilən qiymət 6-cı bənddə göstərilən tarixdən sonra 60 təqvim günü qüvvədə olmalıdır.
  8. Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edə bilərsiniz.
  9. Bu dəvəti aldığınız və kotirovka təklifini təqdim etmək barədə fikrinizi bildirməyi xahiş edirik.
Tender komissiyası
ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag