Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Gənc dövlət qulluqçuları üçün təlim keçirilmişdir

Gənclərə dövlət qayğısının artırılması, gənclər siyasətini daha da inkişaf etdirilməsi, gənclərin idarəetmə sahəsində fəal iştirakına şəraitin yaradılması, gənc mütəxəssislərin işlə təmin olunması və digər sosial-iqtisadi problemlərinin həll edilməsi, onların sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1621 nömrəli 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı təsdiq edilmişdir.

2013-cü il 19 və 21 iyun tarixlərdə “Modern” otelinin konfrans zalında «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş müsabiqələrdə müvəffəqiyyət əldə edən və hazırda dövlət qulluğunda çalışan gənclərə onların peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşdırılması məqsədilə Komissiyanın əməkdaşları tərəfindən təlimlər keçirilmişdir. Təlimdə dövlət orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən gənc dövlət qulluqçuları iştirak etmişlər. Təşkil edilmiş təlimdə Komissiyanın əməkdaşları “İş bölgüsü idarəetmə aləti kimi” və “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzuları ətrafında çıxış etmiş, dövlət qulluqçularını maraqlandıran suallara cavab vermişlər.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag