Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Xidməti fəaliyyətin qiymətləndirilməsi mövzusunda təlim keçirilmişdir

25 iyun 2014-cü il tarixdə Komissiyanın və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin birgə təşkilatçılığı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlimdə Dövlət Statistika Komitəsi, Müdafiə Sənayesi Nazirliyi və Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-memarlıq Qoruğu İdarəsinin mərkəzi Aparatının struktur bölmə rəhbərləri və qiymətləndirmənin tətbiqinə məsul olan 17 dövlət qulluqçusu iştirak etmişdir.
Təlimi Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov aparmışdır. Təlim xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları, sistemin tətbiqi, çətinliklər və onların aradan qaldırılması ilə bağlı mövzuları əhatə etmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag