Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Binəqədi rayonunda “Dövlət qulluğu və dövlət qulluqçuları üçün etik davranış qaydaları” haqqında təlim keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında rayonun gənc dövlət qulluqçularına və bir qrup fəal gəncə “Dövlət qulluğu və dövlət qulluqçuları üçün etik davranış qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatının və rayonda fəaliyyət göstərən dövlət orqanlarının gənc əməkdaşları ilə yanaşı Yeni Azərbaycan Partiyasının Binəqədi Rayonu üzrə ilk partiya təşkilatlarından nümayəndələr də iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçıları olan dövlət qulluqçularını qarşıdan gələn 23 iyun Dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik etmiş, tədbirin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov mövcud qanunvericilik aktlarından danışaraq dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimləndiyini qeyd etmişdir. Etik davranış qaydaları sahəsində beynəlxalq qanunvericiliyinin mövcudluğunu qeyd edən natiq Azərbaycan qanunvericiliyində dövlət qulluqçuları üçün vicdanlı davranış, loyallıq, ictimai etimad, maraqların toqquşması, əmlakdan istifadə, mədəni davranış və digər prinsiplərin oduğunu bildirmiş və bu prinsiplər haqqında ətraflı məlumat vermişdir. Effektiv idraəçilik prinsiplərindən danışan Vüqar Əsgərov Binəqədi Rayon İcra Hakimiyyətinin tətbiq etdiyi elektron xidmətlərin vətəndaşların etimadının artırılması istiqamətində mühüm addım olduğunu vurğulamışdır. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Raciv Qurbanov Akademiyanın “Dövlət qulluğu və kadr siyasəti” kafedrası haqqında məlumat vermişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag