Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Test imtahanı proqramları



Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları" nda dövlət qulluğuna qəbulla bağlı test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydalarının və inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla keçid ballarının müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya həvalə edilmişdir. Bununla bağlı Komissiya sədrinin 2009-cu il 1 oktyabr tarixli 250 nömrəli əmri ilə "Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları" təsdiq edilmişdir. Bu Qaydalara uyğun olaraq Komissiya tərəfindən test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə biliklərinin yoxlanılması məqsədi ilə ümumiləşdirilimiş proqramlar və metodiki vəsait hazırlanır. Bu sənədlərdə test imtahanında namizədlərə təqdim olunacaq 100 test tapşırığının hazırlanmasında istifadə ediləcək mövzular və müvafiq ədəbiyyat siyahısı (normativ hüquqi aktlar, dərsliklər, dərs vəsaitləri və digər mənbələr) göstərilmişdir.
Dövlət qulluğuna qəbulla bağlı müsabiqələrdə iştirak edəcək vətəndaşların test imtahanı mərhələsinə daha yaxşı hazırlaşmasını təmin etmək məqsədi ilə Komissiya test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramları və metodiki vəsaiti onların nəzərinə çatdırır:

Dünyagörüşü, o cümlədən Azərbaycan haqqinda ümumi biliklər və azərbaycan dili üzrə test proqrami (5-ci təsnifat inzibati vəzifələr üzrə)

Məlumatı doc formatında yüklə Məlumatı pdf formatında yüklə

Dünyagörüşü, o cümlədən Azərbaycan haqqinda ümumi biliklər və azərbaycan dili üzrə test proqrami (6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə)

Məlumatı doc formatında yüklə Məlumatı pdf formatında yüklə

Qanunvericilik üzrə proqram (5-ci təsnifat inzibati vəzifələr üzrə)

Məlumatı doc formatında yüklə Məlumatı pdf formatında yüklə

Qanunvericilik üzrə proqram (6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə)

Məlumatı doc formatında yüklə Məlumatı pdf formatında yüklə

İnformasiya texnologiyalari üzrə proqram(5-ci təsnifat inzibati vəzifələr üzrə)

Məlumatı doc formatında yüklə Məlumatı pdf formatında yüklə

İnformasiya texnologiyalari üzrə proqram(6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə)

Məlumatı doc formatında yüklə Məlumatı pdf formatında yüklə

Məntiqi düşüncə qabilyətinin yoxlanılması üçün metodik vəsait

Məlumatı doc formatında yüklə Məlumatı pdf formatında yüklə
 
ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag