Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Beynəlxalq münasibətlər üzrə bacarıqların inkişaf etdirilməsi proqramı” çərçivəsində təlim keçirilmişdir

2013-cü il 10-12 dekabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Cenevrə Beynəlxalq Tədqiqatlar və İnkişaf İnstitutunun birgə təşəbbüsü ilə Azərbaycan Respublikasında dövlət qulluqçuları üçün “Beynəlxalq münasibətlər üzrə bacarıqların inkişaf etdirilməsi (CABİR) proqramı” çərçivəsində “Beynəlxalq insan hüquqları və İnsan hüquqları üzrə Avropa Konvensiyası” mövzusunda təlim keçirilmişdir. Təlim nəzəri və praktiki sessiyalardan ibarət olmuşdur. Təlimdə iştirak edən 18 dövlət orqanının nümayəndələri “İnsan hüquqlarının mexanizmləri və alətləri”, “Avropa Şurası və İnsan hüquqları”, “İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hüquqları”, “Yerli qanunvericiliklə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqlarının qarşılıqlı əlaqəsi” və digər mövzularda təqdimatlarla çıxış etmişlər.

Təlimin ikinci günü keçirilən dəyirmi masada Bakı Apellyasiya Məhkəməsinin hakimi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri insan hüquq və azadlıqlarının təmin olunması sahəsində təmsil etdikləri dövlət orqanlarının gördüyü işlərdən danışmışlar. Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmiş və onlara sertifikatlar təqdim olunmuşdur.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag