Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşları üçün “İnformasiya azadlığı” mövzusunda treninq keçirilmişdir

6 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları üçün “İnformasiya azadlığı” mövzusunda treninq keçirilmişdir. Treninq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq təşkil edilmişdir.

Treninqdə Komissiyanın informasiya azadlığı üzrə məsul şəxsi Asəf Əliyev “İnformasiya azadlığı” mövzusunda təqdimatla çıxış etmişdir. Dövlət qulluqçularına informasiyanın anlayışı və məqsədi, informasiya açıqlığının önəmi, informasiya korrupsiyaya qarşı ən əsas mübarizə vasitəsi kimi, informasiya inqilabları, informasiyanın ötürülmə üsullarının tarixi inkişafı, informasiyanın açıq və ya açıqlanması məhdudlaşdırılan informasiyalara aid edilməsi, fərdi və ailə haqqında olan informasiyalar, informasiya cəmiyyəti, informasiya mədəniyyəti, informasiya əldə etmək haqqında qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət barədə ətraflı məlumat verilmişdir.

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag