Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları mövzusunda təlim keçirilmişdir

5 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2013-cü il 4, 25 oktyabr, 5 və 20 noyabr tarixlərində dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsabiqənin müsahibə mərhələsində müsahibə komissiyasının üzvü kimi iştirak edəcək mərkəzi icra hakimiyyəti orqanları nümayəndələri üçün “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təlim keçirilmişdir.

Təlimdə təqdimatla çıxış edən Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin məsləhətçisi Anar Mirzəyev namizədlərin potensialının vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsində müsahibə komissiyasının üzvlərinin istifadə etməli olduqları müsahibə texnologiyaları və “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları”nda edilən dəyişikliklər barədə məlumat vermişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag