Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Xidməti fəaliyyətin qiymətləndirilməsi mövzusunda təlim proqramına başlanmışdır

2013-cü il 25 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşəbbüsü ilə Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarında çalışan dövlət qulluqçuları üçün 5 günlük təlim proqramına başlanmışdır. Tədbir “Təlimçilər üçün təlim” proqramı çərçivəsində xidməti fəaliyyətin qiymətləndirilməsi mövzusunda aparılır. Təlimin keçirilməsində məqsəd xidməti fəaliyyətin qiymətləndirilməsində iştirak edəcək dövlət orqanlarının nümayəndələrini bu sahə üzrə təlimçi kimi yetişdirməkdir. 

Sözügedən təlimdə dövlət orqanlarından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat və Sənaye Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin nümayəndələri iştirak edirlər.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag