Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təlim keçirilmişdir

2009-cu il 16 mart tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda Komitənin əməkdaşları üçün təlim keçirilmişdir. Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov və Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Nərmin Mirzəyeva dövlət qulluqçularının etik davranış qaydalarının mahiyyəti, vicdanlı davranış, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqların toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları, onların icrasının tətbiqi mexanizmləri barədə tədbir iştirakçılarına məlumat vermişlər. Sonra isə təlim mövzusu ətrafında müzakirələr aparılmış və Komissiyanın əməkdaşları təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag