Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Gənc dövlət qulluqçuları üçün təlim keçirilmişdir

 
Gənclərə dövlət qayğısının artırılması, gənclər siyasətini daha da inkişaf etdirilməsi, gənclərin idarəetmə sahəsində fəal iştirakına şəraitin yaradılması, gənc mütəxəssislərin işlə təmin olunması və digər sosial-iqtisadi problemlərinin həll edilməsi, onların sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1621 nömrəli 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı təsdiq edilmişdir. 2014-cü il 19 və 20 iyun tarixlərdə “Divan” otelinin konfrans zalında «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş müsabiqələrdə müvəffəqiyyət əldə edən və hazırda dövlət qulluğunda çalışan gənclərə onların peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşdırılması məqsədilə Komissiyanın əməkdaşları tərəfindən təlimlər keçirilmişdir. Təlimdə 11 dövlət orqanının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən 73 gənc dövlət qulluqçusu iştirak etmişdir. Təşkil edilmiş təlimdə Komissiyanın əməkdaşları “Komanda qurmaq bacarığı” və “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzularında təqdimatla çıxış etmişlər. Sonda dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.
ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag