Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşı dövlət qulluqçularına təlim keçmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədi ilə davamlı olaraq tədbirlər görülür. Bununla bağlı olaraq Dovlət Statistika Komitəsi Aparatının və Bakı Şəhər Statistika İdarəsinin əməkdaşları üçün 2013-cü il 18-19 aprel tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov tərəfindən “Maraqlar toqqusmasının qarsısının alınması”, “Etik davranıs qaydalarının və prinsiplərinin, onlara əməl edilməsi ilə bağlı huquqi mexanizmlərin oyrənilməsi” mövzularında təlim keçirilmişdir.

Təlimə 27 dövlət qulluqçusu cəlb edilmişdir. Təlimin məqsədi dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, ictimai diskussiyaya şəraitin yaradılması, vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və Dovlət Statistika Komitəsində qulluq keçən dövlət qulluqçularının etik məsələlər, maraqların toqquşmasının qarşısının alınması üzrə biliklərinin artırılmasından ibarət olmuşdur.

Təlim etik davranış qaydalarının mahiyyəti, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər və digər mövzular üzrə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı digər aktual mövzuları əhatə etmişdir. 
Sonda etik məsələlərin aktual problemləri ətrafında müzakirələr aparılmış və dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag