Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları üçün treninqlər keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın tədris planına uyğun olaraq 2008-ci ilin 29 fevral və 1 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları üçün treninqlər keçirilmişdir.

Rəhbər vəzifə tutan dövlət qulluqçularının idarəetmə qabiliyyətlərinin inkişafı və idarəetmənin müasir texnologiyalarının mənimsənilməsi məqsədi ilə keçirilən treninqlərə Dövlət Sosial Müdafiə Fondunun rəhbər vəzifə tutan 39 işçisi cəlb edilmişdir. İştirakçılara “Kadrların idarə edilməsinə müasir yanaşma” mövzusunda Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin böyük məsləhətçisi Fuad Mayılov tərəfindən və “Vaxtın idarə edilməsi” mövzusunda Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin böyük məsləhətçisi Nərmin Mirzəyeva tərəfindən treninqlər keçirilmişdir. Treninqlərdə iştirakçıların aktivliyi və müzakirələrdə həvəslə iştirakı müşahidə edilmişdir. Gələcəkdə Komissiyanın tədris planına uyğun olaraq həm Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarına, həm də digər dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına dövlət qulluğu və idarəetmə sahələri üzrə müxtəlif mövzularda treninqlərin keçirilməsi planlaşdırılır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag