Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşı dövlət qulluqçularına təlim keçmişdir

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədi ilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Komissiya davamlı olaraq tədbirlər görür. Qeyd edilənlərə uyğun olaraq 17 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda İqtisadi İnkişaf Nazirliyinin inzibati vəzifə tutan əməkdaşları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov tərəfindən “Etik davranış qaydaları və prinsipləri” mövzusunda təlim keçirilmişdir. 
Təlimə 30 dövlət qulluqçusu cəlb edilmişdir. Təlimin məqsədi dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, ictimai diskussiyaya şəraitin yaradılması, vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və İqtisadi İnkişaf Nazirliyində qulluq keçən dövlət qulluqçularının etik məsələlər üzrə biliklərinin artırılmasından ibarət olmuşdur.
Təlim etik davranış qaydalarının mahiyyəti, vicdanlı davranış, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, qərəzsizlik və digər etik davranış qaydaları və prinsipləri, onlara əməl edilməsi və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı digər aktual mövzuları əhatə etmişdir. 
Sonda təlimdə etik məsələlərin aktual problemləri ətrafında müzakirələr aparılmış və dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag