Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşları gənc dövlət qulluqçuları üçün təlim keçmişdir

Gənclərə dövlət qayğısının artırılması, gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin menecment sahəsində fəal iştirakına şəraitin yaradılması, gənc mütəxəssislərin işlə təmin olunması və digər sosial-iqtisadi problemlərin həll edilməsi və onların sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı təsdiq edilmişdir. 

2012-ci il 7 dekabr tarixdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş müsabiqələrdə müvəffəqiyyət əldə edən və hazırda dövlət qulluğunda çalışan gənclərə onların peşə bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşdırılması məqsədilə Komissiyanın əməkdaşları tərəfindən təlim keçirilmişdir. Təlimdə Komissiyanın əməkdaşları “İş bölgüsü idarəetmə aləti kimi”, “Maraqların toqquşması və onların həlli yolları” və “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzuları ətrafında çıxış etmişlər. Sonda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag