Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət orqanlarının nümayəndələri üçün təlimlər keçirildi

2008-ci ilin 5-8 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə əlaqədar keçirilən müsabiqənin test imtahanı mərhələsini müvəffəqiyyətlə keçən namizədlərlə müsahibə aparacaq dövlət orqanlarının nümayəndələri üçün təlimlər keçirilmişdir. Təlimlərdə müsabiqənin söhbət mərhələsi haqqında ətraflı məlumat verilmişdir. Söhbətə hazırlıq və söhbətin aparılması qaydaları, namizədin qiymətləndirilməsi meyarları barədə müzakirələr aparılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag