Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşları Tbilisidə keçirilən seminarda iştirak etmişlər

2012-ci il 23 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektorunun müdiri Vüsal Həmidov və həmin sektorun baş məsləhətçisi Sevinc İsrafilova Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik 1-ci Platformasının dövlət idarəetmə islahatları paneli üzrə “Verilənlər Mübadiləsi Agentliyinin fəaliyyəti” mövzusunda keçirilən seminarda iştirak etmişlər.

Seminarın məqsədi Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının üzvü olan ölkələrdə analoji qurumların yaradılması və təcrübə mübadiləsi olmuşdur. Tədbirdə “Gürcüstanda e-hökumət”, “Verilənlər mübadiləsinin infrastrukturu: prinsiplər və layihələndirmə” və “Verilənlər mübadiləsinin infrastrukturu: praktik həllər” mövzularında çıxışlar dinlənilmişdir.

E-hökumətin tətbiqi kimi seminar iştirakçılarının Rustavi şəhərində yaradılmış Ədliyyə Evinə səfəri təşkil edilmiş və onlara mərkəzin işi barədə ətraflı məlumat verilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag