Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət qulluqçuları üçün təlim keçirilmişdir

2012-ci il 2-6 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə həyata keçirdiyi “Dövlət Qulluğunda İslahatlara Dəstək” layihəsi çərçivəsində Komissiya Azərbaycan Diplomatik Akademiyası ilə birlikdə dövlət qulluqçuları üçün “Təlimçilər üçün təlim” kursu keçirmişdir. Təlimin keçirilməsində məqsəd Azərbaycanda dövlət qulluqçularının təlimçi kimi yetişdirilməsi, onların təlim keçmə bacarıqlarının artırılması və gələcəkdə təlimçi qismində onların potensialından istifadə etmək olmuşdur.

Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Dəniz Administrasiyası və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən 9 dövlət qulluqçusu iştirak etmişdir. Təlim Böyük Britaniyadan dəvət edilmiş mütəxəssis tərəfindən aparılmış, yazılı və şifahi ünsiyyət bacarıqları, vücud dili, dinləmə bacarığı və s. kimi məsələləri əhatə edən təqdimat və müzakirələrdən ibarət olmuşdur. İlk belə təlim 2011-ci il 5-9 dekabr tarixlərində keçirilmişdir. Növbəti təlim kurslarının yaxın zamanlarda keçirilməsi nəzərdə tutulur.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag