Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Təlimçilərin Təlimi/Yaşlıların Təlimi” mövzusunda təlim keçirilmişdir
03-06-2015


Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanan standart təlim modulları üzrə pilot təlimlərin keçirilməsinə başlanılmışdır.
“Təlimçilərin Təlimi/Yaşlıların Təlimi” mövzulu modul üzrə ilk pilot təlim 2015-ci il 1 və 2 iyun tarixlərində təşkil edilmişdir. Təlimin keçrilməsində əsas məqsəd hazırlanan təlim modulları üzrə təlim keçəcək potensial təlimçilərin bilik və bacarıqlarını yüksəltmək olmuşdur. Təlimdə Komissiyanın əməkdaşları və digər potensial təlimçilər iştirak etmişdir.

İyun və iyul aylarında təlimlərin davam etdirilməsi və hazırlanmış digər standart modullar üzrə pilot təlimlərin keçirilməsi nəzərdə tutulur.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag