Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Gənc dövlət qulluqçuları üçün təlim keçirilmişdir
29-05-2015


2015-ci il 25-27 may tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə “Dövlət Proqramının həyata keçirilməsi üzrə “Tədbirlər planı”nın və “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasına əsasən dövlət orqanlarında işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşdırılması məqsədilə “İnsan resurslarının idarə edilməsi”, “Motivasiya” və “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzularında təlim keçirilmişdir.

Təlim Komissiya tərəfindən keçirilmiş müsabiqələrdə müvəffəqiyyət əldə edərək hazırda dövlət orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən 29 yaşadək olan gənclər üçün təşkil edilmişdir. Tədbirdə 10 dövlət orqanının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən 85 gənc dövlət qulluqçusu iştirak etmişdir.

Təlimdə Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin İnsan resurslarının idarə edilməsi sektorunun baş məsləhətçisi Kamil Baxşəliyev “İnsan resurslarının idarə edilməsi”, həmin sektorun böyük məsləhətçisi Anar Mirzəyev “Motivasiya”, Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov və həmin şöbənin böyük məsləhətçisi Lalə Qədirova isə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təqdimatla çıxış etmişlər.

Sonda dövlət qulluqçularını maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən cavablandırılmışdır

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag