Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları mövzusunda təlim keçirilmişdir
06-05-2015


2015-ci il 05 may tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2015-ci il 07 aprel tarixində elan edilmiş ümumi müsahibədə müsahibə komissiyasının üzvü kimi iştirak edəcək mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri üçün “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təlim keçirilmişdir.

Təlimdə təqdimatla çıxış edən Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Kamil Baxşəliyev namizədlərin potensialının vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsində müsahibə komissiyasının üzvlərinin istifadə etməli olduqları müsahibə texnologiyaları, qiymətləndirmə qaydaları, qiymətləndirmə meyarları ilə yanaşı onların üzərinə düşən vəzifələri barədə də məlumat vermişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag