Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyada “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilmişdir
16-03-2015


16 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilmişdir.

Təlimdə Komissiyanın şöbə müdirləri, şöbə müdirlərinin müavinləri və sektor müdirləri iştirak etmişlər.

Təlim etikanın anlayışı, dövlət qulluğunda etik prinsiplər və onların əhəmiyyəti, loyallıq, korrupsiyanın qarşısının alınması, maraqlar toqquşmasının qarşısının alınması, nizam-intizam və subordinasiya qaydalarına əməl edilməsi və s. mövzuları əhatə etmişdir.

Təlimdə Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov təqdimatla çıxış etmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag