Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Ədliyyə Akademiyasında təlim keçirilmişdir
27-02-2015


27 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilmişdir. Tədbirdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin 19 yerli icra qurumunun rəhbəri iştirak etmişdir.

Təlim xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları və digər mövzuları əhatə etmişdir.

Təlimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov aparmışdır.

Sonda Komissiyanın nümayəndəsi təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag