Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Energetika Nazirliyində təlim keçirilmişdir
15-01-2015


14-15 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Energetika Nazirliyində “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda təlim keçirilmişdir.

Təlimdə nazirliyin mərkəzi aparatı üzrə şöbə müdiri və sektor müdiri vəzifəsində çalışanlar, habelə kadr məsələlərinə məsul olan işçilər iştirak etmişdir.

Təlimin ikinci günündə Energetika Nazirliyinin tabeliyində olan Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsinin yerli bölmələrinin rəhbərləri və kadr məsələləri üzrə məsul şəxslər iştirak etmişdir. Ümumilikdə təlimə 30 nəfər dövlət qulluqçusu cəlb edilmişdir.

Tədbirdə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimat xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə sisteminin tətbiqi ilə bağlı çətinliklər və onların aradan qaldırılması ilə bağlı mövzuları əhatə etmişdir.

Təlimdə dövlət qulluqçularının xidməti fəaliyyəti üzrə meyarların mühümlülüyü və dövlət qulluqçularının xidməti fəaliyyətinə qiymət verilməsi ilə bağlı praktiki tapşırıqlar verilmiş və təlim iştirakçıları tərəfindən həmin tapşırıqlar həll edilmişdir.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar Komissiyanın əməkdaşı tərəfindən cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag