Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində təlim keçirilmişdir
18-12-2014


17 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda təlim keçirilmişdir.

Təlimdə nazirliyin mərkəzi aparatı üzrə şöbə müdiri və sektor müdiri vəzifəsində çalışanlar, habelə kadr məsələlərinə məsul olan işçilər iştirak etmişdir. Ümumilikdə təlimə 30 nəfər dövlət qulluqçusu qatılmışdır.

Tədbirdə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimat xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə sisteminin tətbiqi ilə bağlı çətinliklər və onların aradan qaldırılması ilə bağlı mövzuları əhatə etmişdir.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar Komissiyanın əməkdaşı tərəfindən cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag