Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təlim keçirilmişdir
12-12-2014


12 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin Dövlət qulluqçularının etik davranışına nəzarət və xidməti fəaliyyətin qiymətləndirilməsi sektorunun müdiri Nərmin Bayramova və həmin şöbənin böyük məsləhətçisi Lalə Qədirova Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçmişlər. Təlimdə Ədliyyə qurumlarında rəhbər vəzifələrdə çalışan işçilər iştirak etmişdir.

Təlimdə xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları və digər mövzular ətrafında müzakirələr aparılmışdır.

Sonda Komissiyanın nümayəndələri tərəfindən

təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag