Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində təlim keçirilmişdir
04-12-2014


3 dekabr 2014-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı tərəfindən “Dövlət qulluğunda etika” mövzusunda təlim keçirilmişdir.

Komissiyanın Hüquq şöbəsinin müdir müavini - Normativ hüquqi aktların layihələrinin hazırlanması və qanunvericiliyin tətbiqinə nəzarət sektorunun müdiri Elvin Əliyev Komitədə qulluq keçən dövlət qulluqçuları üçün dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı təqdimatla çıxış etmişdir.

Təlimdə dövlət orqanlarında yarana biləcək etik dilemallar və həmin dilemalların həlli yollarının müəyyən edilməsi ilə bağlı təlim iştirakçılarına kazuslar paylanılmış və rol oyunları təşkil edilmişdir. İştirakçılar tərəfindən kazuslarda mövcud olan etik pozuntular müəyyən edilmiş, etik dillemaların həlli yolları müzakirə edilmişdir.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar Komissiyanın əməkdaşı tərəfindən cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag