Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Dövlət qulluqçuları Estoniyada təlimdə iştirak etmişlər
02-12-2014


23-26 noyabr 2014-cü il tarixdə Estoniya Respublikasının paytaxtı Tallinn şəhərində Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarını təmsil edən dövlət qulluqçuları üçün Estoniya Xarici İşlər Nazirliyi və Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi tərəfindən “Təlim tələbatlarının qiymətləndirilməsi: Dövlət qulluğunda Estoniya təcrübəsi” mövzusunda təlim keçirilmişdir.

Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi tərəfindən keçirilən təlim kursunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Diplomatik Akademiyası və Ədliyyə Akademiyasının əməkdaşları iştirak etmişdir.

Təlim tələbatlarının qiymətləndirilməsi, Estoniya Respublikasının dövlət orqanlarında təlim ehtiyaclarının öyrənilməsi, təlimlərin keçirilməsi, innovativ metodların tətbiqi mövzularını əhatə edən təlimdə Estoniya və Azərbaycan təcrübəsi barədə fikir mübadiləsi aparılmış və dövlət qulluğunda müasir standartların tətbiqi yolları müzakirə olunmuşdur.

Təlimdə Komissiyadan Maliyyə və təminat şöbəsinin müdiri Vəli Məstəliyev, Beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Təranə Məmmədova və İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin sənəd qəbulu üzrə mütəxəssisi Ülkər Sadəddinova iştirak etmişlər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag