Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Gənc dövlət qulluqçuları üçün təlim keçirilmişdir
28-11-2014


2014-cü il 25-27 noyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən dövlət orqanlarında işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşdırılması məqsədilə “Motivasiya” və “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzularında təlim keçirilmişdir.

Təlim Komissiya tərəfindən keçirilmiş müsabiqələrdə müvəffəqiyyət əldə edərək hazırda dövlət orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən 29 yaşadək olan gənclər üçün təşkil edilmişdir. Tədbirdə 17 dövlət orqanının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən 80 gənc dövlət qulluqçusu iştirak etmişdir.

Təlimdə Komissiyanın İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin İnsan resurslarının idarəedilməsi sektorunun böyük məsləhətçisi Anar Mirzəyev “Motivasiya”, Komissiyanın Hüquq şöbəsinin müdir müavini - Normativ hüquqi aktların layihələrinin hazırlanması və qanunvericiliyin tətbiqinə nəzarət sektorunun müdiri Elvin Əliyev isə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təqdimatla çıxış etmişlər. Sonda dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag