Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları mövzusunda təlim keçirilmişdir
21-11-2014


19-20 noyabr 2014-cü il tarixlərdə “HİQ Proqramı çərçivəsində İİP həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya dəstək” Layihəsinin ofisində Komissiya tərəfindən 2014-cü il 26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr tarixlərdə dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsabiqələrdə müsahibə qrupunun üzvü kimi iştirak edəcək dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər üçün “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təlim keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Komissiyanın İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Fuad Mayılov Komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti və qarşısında duran vəzifələri, son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklərlə bağlı çıxış etmişdir.

Komissiyanın İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin İnsan resurslarının idarəedilməsi sektorunun böyük məsləhətçisi Anar Mirzəyev müsahibələrin keçirilməsi qaydaları, namizədlərin potensialının vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsində müsahibə qrupu üzvlərinin istifadə etməli olduqları müsahibə texnologiyaları, qiymətləndirmə meyarları, müsahibədə şəffaflığın təmin edilməsi məqsədi ilə görülən tədbirlər barədə məlumatları özündə əks etdirən “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatdan sonra təlim iştirakçılarına “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları”nda edilən dəyişikliklərlə bağlı məlumat verilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag